Kliniken Allianz München

Oskar-von-Miller-Ring 1, Munich, 80333 ,Germany
Kliniken Allianz München Kliniken Allianz München is one of the popular Insurance Agent located in Oskar-von-Miller-Ring 1 ,Munich listed under Health/medical/pharmaceuticals in Munich , Medical & Health in Munich , Financial Services in Munich ,

Contact Details & Working Hours

More about Kliniken Allianz München

Bir neçə il əvvəl Avstriya, Almaniya və İsveçrədə əcnəbi pasiyentlərlə iş prosesi zamanı yaranan marketinq və administrativ xərclərin optimallaşdırılması məqsədilə tibbi klinika və hospitalların coğrafi prinsip əsasında birləşdirilməsi başlandı. Belə tibb mərkəzləri pasiyentlərə daha çox fayda gətirir. Belə ki, onların sayəsində müalicə məkanını seçmək və təşkilatı məsələlər asanlaşır. Pasiyent heç yol, bilet barədə də düşünmür. Bu zaman müalicə maddi cəhətdən daha sərfəli və şəffaf olur.
Münhen Alyans Klinikası ixtisaslaşmış xəstəxanaları, özəl fəaliyyət göstərən həkimləri, laborator və elmi-araşdırma mərkəzlərini fəal qarşılıqlı əlaqələrlə təmin edən xüsusi təşkilatdır. Son illərdə Cənubi Bavariya klinikaları ən yaxşı tibb mərkəzlərinin siyahısında layiqli yer tutur. Xüsusilə də Münhendə müalicə pasiyentlər arasında böyük populyarlıq qazanıb.
Münhen Alyans Klinikası ən yaxşı tibbi təşkilatları kompleks sistem şəklində birləşdirir, müştəriləri Almaniyada keyfiyyətli və rahat tibbi ximətlə təmin edir. Biz tibbin bütün əsas istiqamətləri üzrə xidmət göstəririk: cərrahiyyə, kardiologiya, endokrinologiya, ginekologiya, uşaq və yeniyetmə tibbi, stomatologiya və s. Bundan əlavə, bizim pasiyentlərimiz hər il profilaktik müayinələrdən və orqanizmin tam diaqnostikasından keçə bilərlər. Biz həmçinin istənilən xəstəliyin kompleks terapiyasını və müalicədən, eləcə də əməliyyatdan sonra reabilatasiyanı həyata keçiririk.
Almaniyada müalicənin təşkili zamanı ən dəqiq və ən cəld göstərilən tibbi xidmət travmatologiya üzrədir. Bu, tibbin elə bir sahəsidir ki, vaxt itkisi qətiyyən yolverilməzdir. Müasir alman ortopediyası minimal-invaziv cərrahiyyə texnikasına (xüsusilə də oynaqların endoprotezləşdirilməsi, diz və çiyin cərrahiyyəsi zamanı) üstünlük verir ki, bu da öz növbəsində həm müalicənin, həm da reabilitasiyanın tez və uğurlu keçəcəyindən xəbər verir.

Map of Kliniken Allianz München